AZRU

News

14 Jun

Təşəkkür məktubu


Məktubumu ümummilli  liderimiz Heydər  Əliyevin  kəlamı  ilə  başlamaq  istəyirəm: “Bizim  hər  birimiz  elmi  dərəcəmizdən, biliyimizdən, təhsil  səviyyəmizdən asılı  olmayaraq  bütün  nailiyyətlərimizə görə məktəbə, müəllimə  borcluyuq” .

Bəli, məktəbə, müəllimə  böyük  minnətdarlıq  hissi  duyan  bir  valideyn  kimi  sizə  öz  ürək  sözlərimi  çatdirmaq  istəyirəm.

Övladlarım   Bakı  Modern  Təhsil  Kompleksində təhsil  alırlar. Bildirmək  istəyirəm ki, buradakı  təhsil  sistemindən  çox razıyam. Hətta  pandemiya  ilə  əlaqədar  Onlayn  Təhsil  sisteminə  keçdikdə   belə, dərslərdə  heç  bir  problem  olmadı  və  dərslər   müntəzəm    şəkildə davam  etdirildi. Bu  kompleksdə rəhbərlik,  müəllim  və  valideyn  birliyi  həmişə  öz  müsbət  nəticəsini  vermişdir.

Bu  gün    oğlum   Teoman  Yəhyanın   9-cu  sinif  buraxılış  imtahanından  yüksək nəticə   əldə  etməsi  də, digər  övladım  Selcan  Yəhyanın  “Nizami  Gəncəvi  yaradıcılığında  iqtisadi  motivlər”  mövzusunda  elan olunmuş  inşa  müsabiqəsində  I  yerə  layiq  görülməsi  də    bu  nailyyətin, bu  uğurun əsas  göstəricisidir.  Övladlarının  nailiyyətlərindən  qürur  duyan  bir  ana   kimi  Bakı  Modern  Təhsil  Kompleksinin  yorulmaq  bilməyən, öz  peşəsini  vicdanla  yerinə  yetirən  kollektivinə: başda  kompleksin   rəhbəri  Mina  xanım  Əliyeva  olmaqla, BMM-in direktoru  Gülarə xanıma, direktor  müavini Nigar  xanıma,  həmişə  şagirdlərin  yanında  olan  sinif  rəhbərimiz  Esmira  xanıma, riyaziyyat  müəllimi  Nərgiz  xanıma,  Azərbaycan  dili  müəllimi  Şükufə  xanıma, ingilis  dili  müəllimi  Leyla  xanıma  öz  dərin  təşəkkürümü  bildirirəm!

HÖRMƏTLƏ: SEVİNC YƏHYAYEVA

"Xəbərlər" bölməsinə qayıtmaq
Təşəkkür məktubu