ENRU

Xəbərlər

30 Dec

Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina xanım Əliyevanın təbriki!


Salam hörmətli həmkarlarım.

Doğma Yurdumuz üçün möhtəşəm tarixi Qələbə ilə xatirəmizdə qalacaq 2020-ci ili yola salırıq.

Həqiqətən, 2020-ci ildə bütün bəşəriyyətin şahidi olduğu və qarşısında diz çökdüyü pandemiya və onun fəsadları, Azərbaycan üçün xəstəlik, virus qarşısında zəiflik yox, QƏHRƏMANLIQ, MİLLİ RUH YÜKSƏKLİYİ, VƏTƏNPƏRVƏRLİK səhifəsi kimi tarixə yazıldı. Biz 30 ildir ki, həsrətində olduğumuz torpaqları övladlarımızın qanı bahasına xalq və dövlət vəhdəti göstərərək düşməndən azad etdik. Daha heç bir ailədə babalar və nənələr qaçqın olaraq dünyasını dəyişməyəcək, körpə balalar qaçqın olaraq dünyaya gəlməyəcək. Böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, bu ədalət döyüşündə bizim məzunlar - Elçin Ağayev və Emil Məmmədov, müəllim yoldaşlarımızın övladları, qardaşları da iştirak ediblər. ALLAH bütün şəhidlərə rəhmət, qazilərə şəfa, sağ-salamat qayıdanlara isə xoşbəxt gələcək bəxş etsin.

Bakı Modern Təhsil Kompleksi üçün 2020-ci il bir neçə uğurlar ilə yadda qaldı - İSO9001 keyfiyyət sertifikatına layiq görülməsi, "Sabahın alimləri" müsabiqəsində qalibiyyət, bir nəfər məzunumuz - Kuzutürk Julidenin məktəbi qızıl medal ilə bitirməsi. Uğurlarımız davamlı olsun!

Əziz müəllimlər,

Bakı Modern Təhsil Kompleksinin rəhbərliyi adından hər birinizi qarşıda gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə səmimi gəlbdən təbrik edir, möhkəm can sağlığı, ailə səadəti, əminamanlıq, sevinc və gözəl arzularla dolu günlər arzu edirəm.

Tanrı bütün işlərinizdə yanınızda olsun.

Hörmətlə, Mina Əliyeva.

 

"Xəbərlər" bölməsinə qayıtmaq
Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina xanım Əliyevanın təbriki!